Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi

İdman

30 Aprel 2026 23:26 106


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış matçda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.

"Yeni Sabah" xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin çıxışını yüksək qiymətləndirib:

"Neftçi"ni təbrik edirəm. Bu gün onlar çox istəkli idilər".

Məşqçi rəqibin müdafiə xəttindəki intizamını qeyd etsə də, öz futbolçularının əzmkarlığından da razı qalıb:

"Amma öz oyunçularımdan da razı qaldım. Məğlub durumda olanda belə, rəqibin üzərinə gedirdilər. Tribunalarda da əla atmosfer var idi. Son böyükhesablı qələbə oyunçularda arxayınlıq yarada bilər. Çalışdıq ki, onlar bunu unutsunlar".

Qurban Qurbanov builki uğursuzluğun və çempionluğun əldən verilməsinin bir neçə səbəbi olduğunu vurğulayıb:

"Məsələn, çempionata yaxşı hazırlaşmadıq. Əvvəlcədən liqanın gücünü bilmədik. Çempionlar Liqası da bizi çox yordu. Futbolçulara da başqa təkliflər oldu. Bu da motivasiyaya təsir etdi. "Sabah" da çox hazırlıqlı komandadır. Heç bir oyunda boşluq vermədilər. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilər çempionatda bu hallar baş verir"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!