Böyük Britaniya təhlükəsizlik xidmətləri ölkədə terror təhlükəsi səviyyəsini "əhəmiyyətli" dərəcəsindən "ciddi" səviyyəsinə qaldırıb.
"Yeni Sabah" xəbər verir ki, müvafiq bəyanatı Terrorçuluğun Təhlili üzrə Birləşmiş Mərkəz yayıb.
Sənəddə qeyd olunur ki, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada terror aktları təhlükəsi ciddi kimi qiymətləndirilir.
Təhlükə səviyyəsinə yenidən baxılması qərarı aprelin 29-da Londonun şimalında baş vermiş antisemit hücumun terror aktı kimi təsnif edilməsindən sonra qəbul olunub./Oxu.az
Telegram kanalımız