Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər; - 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Yaktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız