Qurban Qurbanov “Sürix“lə oyundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Sürix“lə oyundan danışdı

İdman

18 İyul 2022 18:53 1041


"Bu komandaya qarşı oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin son matçlarını təhlil etmişik, onların son çempionat matçındakı hesabı bizi aldada bilər".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: Dominos pizza

"Sürix" fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Biz rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı oynayacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialında xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!