Qurban Qurbanovdan qələbə şərhi:  “Futbol səhvlər üzərində qurulub”

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovdan qələbə şərhi: “Futbol səhvlər üzərində qurulub”

İdman

19 İyul 2022 22:16 1008


“Hər bir halda futbolçularıma təşəkkür edirəm. Meydanda çox əziyyət çəkdilər. Dinamik bir komandaya qarşı oynayırdıq. Səfərdəki oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə 3:2 hesabı ilə qalib gəldikləri ilk oyununu dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən grüşdən sonra "CBC Sport"a açıqlamasında İsveçrəyə də qalib gəlmək üçün gedəcəklərini bildirib: “Qarşıda bir neçə günümüz olacaq. Səfərdə oynayacağımıza baxmayaraq, bundan da yaxşı oyun sərgiləməyə çalışacağıq. Rəqibin böyük təcrübəsi var. İlk hissədə də gördük ki, sürətli komandadır. Buna baxmayaraq, oyunu ələ aldıq. Bir qolu standart vəziyyətdən buraxdıq, digərini də özümüz etdik. Futbol səhvlər üzərində qurulub. Yenə də dediyim kimi, səfərə qalib gəlmək üçün gedəcəyik”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!