"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun xanımı Leylanın başına iş gəlib.
Yenisabah.az xəbər verir ki, hazırda hamilə olan Leylanın barmağı şişib və nişan üzüyü barmağında qalıb. Bunun üçün əvvəl təcili tibbi yardım, daha sonra isə FHN əməkdaşları çağırılıb.
Bu haqda Leyla özü məlumat verib: pizza mizza
"Qısa olaraq onu deyim ki, şişkinliyimə görə nişan üzüyüm barmağımdan çıxmırdı. Təcili tibbi yardım və digər yollarla bunu edə bilmədiyimizdən FHN əməkdaşları gəldilər. Barmağım artıq daşlaşmışdı, sağolsunlar. Ehtiyatla üzüyümü kəsdilər. Barmağım isə hələ də şiş vəziyyətdədir. Əllərim mənim üçün həyati məsələdir. Bir barmağımın damarının belə zədələnməsi düşünə bilməyəcəyim qədər qorxuncdur".
Qeyd edək ki, Fəridlə Leyla ötən ilin noyabrında ailə qurublar. Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
Bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var./BAKU.WS
Telegram kanalımız