Qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb

saytların hazırlanması

Evə çatdırılma

Qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb

Mədəniyyət

13 Oktyabr 2022 11:00 1525


Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, məsələ ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb.

“Eyni zamanda, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir. Dördpendirli pizza

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait birliyin hesabına köçürülüb”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, AYB-in qurultayının bu il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı. AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın dəqiq tarixinin açıqlanmamasını vəsait problemi ilə əlaqələndirmişdi: “Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".

Yazıçıların qurultayının oktyabrın sonunadək keçirilməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!