Qurumuş ağaclar yeniləndi

saytların hazırlanması

Evə çatdırılma

Qurumuş ağaclar yeniləndi

Sosial

01 Aprel 2019 22:51 705


“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir. 

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən  aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində  qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!