“Quş qripi” ilə bağlı monitorinq başlandı

saytların hazırlanması

Evə çatdırılma

“Quş qripi” ilə bağlı monitorinq başlandı

Sosial

25 Fevral 2019 18:46 839


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir. 

“Yeni Sabah” xəbər verir ki, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda “quş  qripi”  xəstəliyinə  görə  aparılması  nəzərdə   tutulan  növbəti  monitorinqə  bu  gün,   yəni fevralın   25-dən başlanılıb.   Monitorinq   Dövlət   Baytarlıq Xidmətinin,   Qida   Təhlükəsizliyi Agentliyinin, Səhiyyə,   Ekologiya   və   Təbii   Sərvətlər   nazirliklərinin   mütəxəssis   və əməkdaşlarının iştirakı ilə keçirilir.  Tədbir   fevralın   25-dən  martın   1-dək   köçəri   quşların   müvəqqəti   məskunlaşdığı   Pirallahı adasındakı   Abşeron  Milli   Parkında,   Şabran   rayonundakı   Ağzıbir   ovçuluq   təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli  Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli  Parkında və Lənkəran   rayonundakı   Qızılağac   Dövlət   Təbiət   Qoruğunda   həyata   keçirilməsi   nəzərdə tutulub. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.  Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi   və   quşçuluq   təsərrüfatlarında   saxlanılan   50   baş   ev   quşundan   qan   nümunələri götürüblər. Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməib, eləcə də nümunə götürülən təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!