Dərbənd şəhərində tikintidə bədbəxt hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, Qusar şəhər sakini Ramin Loğman oğlu Xosrovov tikintidə işləyərkən ehtiyatsızlıqdan binanın yeddinci mərtəbəsindən yıxılıb. 31 yaşlı Ramin Xosrovov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Qusar şəhərinə gətirilib. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız