Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində avtobusda olan sərnişinlər - rayon sakinləri, 1984-cü il təvəllüdlü T.Həmidova, 1962-ci il təvəllüdlü S.Əliyeva və 1990-cı il təvəllüdlü M.Xanova və 1970-ci il təvəllüdlü M.Nurullayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Pepperoni pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız