Qusarda dağlıq ərazidə yanğın oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Qusarda dağlıq ərazidə yanğın oldu - Video

Hadisə

11 Fevral 2024 19:45 722


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Pepperoni pizza

Yanğın nəticəsində 6 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.         


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!