Quterreş qlobal fəlakətin qarşısını necə almağı izah etdi

saytların hazırlanması

Evə çatdırılma

Quterreş qlobal fəlakətin qarşısını necə almağı izah etdi

Siyasət

09 Fevral 2026 23:41 535


"Ekoloji böhran və artan bərabərsizliyin yaratdığı qlobal fəlakətin qarşısını almaq üçün ölkələr ümumi daxili məhsul (ÜDM) göstəricilərini milli rifahın yeganə göstəricisi kimi istifadə etməyi dayandırmalıdırlar".

"Yeni Sabah" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş "The Guardian" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ictimai rifahın qiymətləndirilməsi modeli insanların həqiqətən nəyi vacib hesab etdiyini nəzərə almalıdır: pizza

"ÜDM-i artırmaqla insanlar təbiəti məhv edirlər, meşələr qırılır, balıqlar kütləvi ovlanır. Bir sözlə, ÜDM göstəriciləri dərhal qazanc və itkiləri nəzərə alır", - deyə Quterreş bildirib.

Bununla belə, BMT baş katibi yeni iqtisadi modelin nəzərə almalı olduğu göstəricilərin adını çəkməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!