“Rabitə Bank“ın müflis elan edilmiş bankdan “oğurluğu” – Foto

saytların hazırlanması

Evə çatdırılma

“Rabitə Bank“ın müflis elan edilmiş bankdan “oğurluğu” – Foto

İqtisadiyyat

27 Noyabr 2019 13:58 1452


Ötən günlərdə loqosunu dəyişən "Rabitə Bank" lisenziyası ləğv edilmiş bankın loqosunu mənimsəyib. 

“Yeni Sabah” xəbər verir ki, uzun illərdən sonra loqosunu dəyişən "Rabitə Bank" lisenziyası ləğv edilmiş "Dəmir Bank"ın loqosunu "oğurlayıb". Bundan başqa sözügedən bank mənimsədiyi loqonun hətta rəngini belə dəyişməyib. Sadəcə loqonun ətrafındakı dairəni götürməklə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ləğv prosesində olan “DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!