Rafael Cəbrayılov elə ilk iclasda mandatını itirə bilər -   Video

saytların hazırlanması

Evə çatdırılma

Rafael Cəbrayılov elə ilk iclasda mandatını itirə bilər - Video

Siyasət

27 Sentyabr 2019 06:02 1373


Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib.

“Yeni Sabah” xəbər verir ki, Real TV sözügedən məsələ ilə bağlı sujet hazırlayıb.

Millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı açıqlama verərək, bu addımı cinayət adlandırıb: "Bu mandatı xalq verib. İnsanlar onu seçiblər və etibar ediblər. Hər hansı bir şəxsin marağa görə hər hansı bir sənədi, deputat vəsiqəsini girov qoyması ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər. Parlamentin sədri bununla bağlı İK-ə müraciət edir. Əgər belə faktlar ortaya çıxırsa, o zaman İK bunu parlamentə çıxarır, parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və mandatı ləğv olunur". pizza sifarişi

Sujetdə Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahiminqızının, İK-in sədri Ağacan Əbiyevin fikirləri də yer alıb.

Bundan başqa, Rafael Cəbrayılov da açıqlama verib. O məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!