Milli Məclisin deputatı Rafael Kamil oğlu Cəbrayılovun Milli Məclisin nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin sədrinə etdiyi yazılı müraciəti aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə aidiyyəti orqan tərəfindən o, deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Dominos pizza
Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisin deputatı R.K.Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün əsas yaranıb.
Seçki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
Telegram kanalımız