Rafael Cəbrayılovun məsələsi parlamentdə müzakirə olunacaq –   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rafael Cəbrayılovun məsələsi parlamentdə müzakirə olunacaq – Açıqlama

Siyasət

21 Sentyabr 2019 15:31 1153


Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. 

“Yeni Sabah” xəbər verir ki, deputat A.Abıyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər:

"Hazırda məzuniyyətdəyik, 1 həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək". Sezar pizza

Ağacan Abıyev Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib:

"Əgər Rafael Cəbrayılov belə bir hərək edibsə, bu çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!