Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, 82 kq çəkidə yer alan Hüseynovun rəqibi iranlı Səid Murad Abdvali olub. Görüşün birinci hissəsini 4:1 hesablı nəticə ilə başa vuran güləşçimiz ikinci hissədə də, inamlı çıxışını davam etdirib və 8:5 qələbə qazanaraq finala yüksəlib.
Rafiq Hüseynov finalda gürcü idmançı Laşa Qobadze ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək. Marqarita pizza
Telegram kanalımız