Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görüldü

saytların hazırlanması

Evə çatdırılma

Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görüldü

Mədəniyyət

14 İyul 2022 14:07 1994


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb. 

Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Yenisabah.az-a bildirib ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü Rafiq Əliş oğlu Nəsirov Milli Kino Mükafatına layiq görülüb.

Xalq rəssamı Azərbaycanda bir çox filmlərin “Bəyin oğurlanmsı”, “Yaramaz”,”Bəxt üzüyü”, ”Həm Ziyarət Həm Ticarət”, ”Otel Otağı”, ”Cavad xan” və.s filmlərin rəssamı olub. Marqarita pizza

Mükafat 2 avqust Milli Kino Günündə təntənəli formada təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək pullu kino mükafatıdır


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!