Ramazan süfrəsində nəyə diqqət yetirilməlidir - Məsləhətlər

Ramazan süfrəsində nəyə diqqət yetirilməlidir - Məsləhətlər

Sağlamlıq Veb saytların hazırlanması

29 Mart 2023 11:45 4586


Ramazan ayında sağlam qidalanma mümkündürmü? İmsak və iftar zamanı nəyə diqqət yetirilməlidir? İnsanlar ən çox hansı qidalardan istifadə etməlidirlər?

Dietoloq Nərgiz Nəzirova Yenisabah.azmüsahibəsində bildirib ki, oruc tutarkən sağlam qidalanma zəruridir.

“İftar vaxtında ilıq su ilə bir neçə xurma yetərlidir. Dərhal yemək yeyilirsə, bu mədə-bağırsaq sisteminə ağırlıq verir. Su ilə xurmadan 20-30 dəqiqə sonra qida qəbulu daha məsləhətlidir.

Oruc tutarkən yağlı yeməklərin qəbulundan çəkinmək lazımdır. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir.

Ramazan dövründə təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, həzm çətinliyi yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də şüürlu qidalanma tərzi seçilməlidir.

İftar süfrələrinə qoyulan qidaların kalorili, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxla, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır.

Xüsusən, iftarda qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Yağsız qırmızı ət, toyuq, balıq, yumurtadan istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəldikdə isə tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək və yulaf xeyirlidir”.

Dietoloq imsakda necə qidalanmaq lazım olduğunu da qeyd edib:

“İmsakda, sübh vaxtı yalnız su içərək oruc tutmaq və ya gecə yatmazdan əvvəl yemək son dərəcədə zərərlidir. Əgər sahurda ağır yeməklərdən istifadə edilirsə, gecə maddələr mübadiləsi zəiflədiyi üçün yeməklərin yağa çevrilmə sürəti yüksəlir və kökləmə riski artır.

Gün ərizində çox maye itirildiyi üçün insan maye tarazlığını qorumalıdır. İmsakda yemək yeyildikdən ən az 30 dəqiqə sonra yatmaq, suyu yatmazdan əvvəl içmək məsləhətdir.

Mütəxəssislər oruc sayəsində qaraciyər, mədə və həzm sisteminin istirahət etdiyini, bədənin toksinlərdən təmizləndiyini deyirlər”.

Şəhla Ağazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!