Ramazanda həm savab qazanmaq, həm də arıqlamaq mümkündür?

Ramazanda həm savab qazanmaq, həm də arıqlamaq mümkündür?

Sağlamlıq Veb saytların hazırlanması

28 Mart 2023 12:26 4349


Ramazan ayının başlaması ilə "Oruc tutarkən necə arıqlamaq olar" sual yenidən gündəmə gəlib. Mütəxəssislərin məsləhətləri ilə həm savab qazanmaq, həm də arıqlamaq mümkündür. Ancaq bunun üçün ən vacib şərt balanslı və sağlam qidalanmadır.

Oruc tutan insanlar Ramazdan əvvəl gün ərzində fərqli saatlarda qida qəbul edir. Amma orucluqda yemək vaxtlarının dəyişməsi artıq çəki problemi yarada bilər. Düzgün və balanslı şəkildə planlaşdırılan sahur və iftar süfrələri isə çəkini idarə etməyə kömək edir.

Yenisabah.az oruc tutanda arıqlamağın yollarını təqdim edir:

Ramazan ayında gün ərzində uzun müddətli aclıq, orqanizmin susuz qalması maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Oruc tutan insanların yemək vərdişləri də tamamilə dəyişir.

Ac qalmamaq üçün sahurda, daha sonra iftarda yeyilən ağır yeməklər orqanizmin yorulmasına və qəbul edilən qidaların düzgün həzm olunmamasına səbəb olur. Bu hal Ramazanda kökəlməyə zəmin hazırlayır.

Bu ayda yağ və karbohidrat tərkibli qidaları mümkün qədər azaltmaqla sağlam qidalanaraq arıqlamaq mümkündür. İftar və sahur süfrələrində kalorili xörəklər orqanizmin susuz qalmamasını və aclıq hissinin yaşanmamasını təmin edəcək. Bu pəhriz uzun müddətdə çəki artımına deyil, çəki itirməsinə səbəb olacaq.

Ramazan ayı ilə yanaşı, bədənimizin gündəlik həyatda alışdığı qidalanma vərdişində də bəzi dəyişikliklər baş verir. Normal vaxtlarda üç, dörd dəfə olan qidalanma Ramazan ayında ikiyə enir. Diqqət yetirilərsə, bu, çox faydalı ola bilər. Ona görə sahur yeməyinə də laqeyd yanaşmamaq vacibdir.

Vəziyyəti üstünlüyə çevirib çəki artımını dayandırmaq, hətta arıqlamaq mümkündür. Dietoloqlar sahur və iftar menyularının mümkün qədər sağlam qidalardan ibarət olmasının vacibliyini vurğulayırlar. Odur ki, daha çox protein əsaslı qidalanma insan orqanizminin daha nizamlı işləməsini təmin edəcək və çəki artımına səbəb olan faktorları avtomatik aradan qaldıracaq.  

Ramazanda ən ciddi səhv gün boyu ac qalacağını düşünərək sahur və iftarda yüksək kalorili qidalarla bədəni yükləməkdir. Orqanizmdə toxluq hissi yaratmayan, kalorili, qida dəyəri az olan qidalara yüklənmək sizi arıqlatmaq əvəzinə kökəldəcək.

Xurma, qaysı, qoz-fındıq, kəpək, çovdar, buğda kimi lifli, taxıllarla zəngin qidalar, yaşıl yarpaqlı tərəvəzlər, meyvələr bütün gün sizi tox saxlayacaq və bədəni lazımi vitamin və minerallarla təmin edəcək. Kifayət qədər maye içmək həm də lazımsız kalori qəbulunun qarşısını alaraq sağlamlığı qorumağa kömək edəcək. Ramazanda çoxlu su içməyə diqqət yetirin.

İftar süfrələrində uzun müddət ac qaldıqdan sonra qida qəbuluna ağırlıq verməmək, kiçik porsiyalarda, yavaş yemək, yeməkləri yaxşı çeynəmək lazımdır.

Oruc tutarkən arıqlamaq üçün bu məqamlara xüsusi diqqət yetirin:

1.  Sahuru qaçırmayın

2.  Balanslaşdırılmış menyu ilə iftar edin

3.  Porsiyalarınıza nəzarət edin

4.  Qızardılmış qidalardan istifadə etməyin

5.  Duz qəbulunu məhdudlaşdırın

6.  Şəkəri mümkün qədər azaldın

7.  Bol su için

8.  Gündə 30 dəqiqəlik məşq edin

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!