“Ramil Usubov qayğımı çəkdi...” – Həbsdən çıxan polkovnik

saytların hazırlanması

Evə çatdırılma

“Ramil Usubov qayğımı çəkdi...” – Həbsdən çıxan polkovnik

Kriminal

18 Mart 2019 00:53 2309


“30 ildən artıq xidmət etmişəm. Xidmətlərim dövründə ulu öndərimiz tərəfindən “İgidliyə görə” ordeni ilə təltif olunmuşam. Tabeçiliyimdə olan əməkdaşa nəzarəti lazımı dərəcədə həyata keçirmədiyim üçün bu cəzaya məhkum olunmuşam”.

Bunları Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzası 20 ilə endirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi, polis polkovniki Kamil Sədrəddinov deyib.

K.Sədrəddinov “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib və ağır ittihamlarla ömürlük həbsə məhkum edilib. O, çoxsaylı ağır cinayətlər törətmiş qanqster Hacı Məmmədovun rəisi olub. Pepperoni pizza

K.Sədrəddinov daha sonra deyib: “Bu cəzanın üzərimdən nisbətən götürülməsində əməyi olan ölkə başçımız İlham Əliyevə, birinci-vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm. Daxili işlər naziri Ramil Usubova da təşəkkürümü bildirirəm, bu illər ərzində mənim qayğımı çəkib, mənim necə bir əməkdaş olduğumu, necə tədbirlər keçirdiyimi çox gözəl bilir. Sağ olsunlar ki, bu ağır cəzanın üzərimizdən götürülməsində öz səy və bacarıqlarını əsirgəmədilər.

Sonuncu dəfə Daxili İşlər Nazirliyində Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışmışam. 14 il Baş cinayət axtarışı idarəsində şöbə rəisi olmuşam. Ondan əvvəl Rusiyanın Kemerovo vilayətində 16 il çalışmışam. 1990-cı ildən xidmətimi Azərbaycanda davam etdirirdim. O müddətdən 2005-ci ilə qədər adını çəkmək istəmədiyim (adam oğrusu Hacı Məmmədovu nəzərdə tutur) tabeçiliyimdə olan əməkdaşın törətdiyi xüsusilə ağır cinayətlərə görə 2 polis əməkdaşı, bir general, bir polkovnik məsuliyyətə cəlb olunub. Bu məsuliyyətə cəlb olunmaqda əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar” (Eldar Mahmudov və dəstəsi nəzərdə tutulur-red.).

K.Sədrəddinov adam oğurluğunda, qətllərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Daxili işlər Nazirliyi Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 25 nəfərdən ibarət dəstənin üzvü kimi məhkum edilmişdi.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!