Ramil Usubov üçün əlamətdar gün -   50 ildir vəzifədədir

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov üçün əlamətdar gün - 50 ildir vəzifədədir

Siyasət

22 Dekabr 2025 12:26 16635


Bu gün Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, onun 77 yaşı tamam olur.

Azərbaycanın ən uzunömürlü məmurlarından biri olan Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində dünyaya gəlib. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan R.Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. Pepperoni pizza

O, 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlayıb. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində Cinayət-axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışıb.

1987-ci ildə R.Usubov Naxçıvan Muxtar Sovet Sosialat Respublikası daxili işlər naziri vəzifəsinə təyin edilib, 1989-cu ilədək bu vəzifədə işləyib. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olub.

R.Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Prezidentinin 29 aprel 1994-cü il tarixli fərmanı ilə ölkənin daxili işlər naziri təyin edilib.

1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik rütbəsi alıb.

O, 25 il fasiləsiz daxili işlər naziri işlədikdən sonra - 2019-cu il iyunun 20-də vəzifədən azad edilib. Elə həmin gün də Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

TƏLTİFLƏRİ

24 dekabr 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub;

2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif edilib;

29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub;

22 dekabr 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib;

25 dekabr 2023-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dostxanim
    Mən bir ömür, Cənab Ramil Usubova heç nə ilə əvəz olunmayan sağlam can diləyirəm.Allah verən omru bərəkətli,sağlam yaşasın.Hemiwe mən ona dua edəcəm.
    5 months ago
  • Yavər Eyvazov
    Allah Ramil Usubova ömür versin.O,əsil polis əməkdaşı,yaxşı bir insan olub.Məni 1987-ci ildə DİO-ya Əli-Bayramlı şəhərində milis nəfəri kimi qəbul edib.Zabit kimi ilkin rütbə leytenant,polis mayoru rütbəsini isə mükafat qaydasında verib.Allah həmişə yardımçınız olsun.Amin
    5 months ago
  • Solmaz
    Ramil muellim cox sdama yaxsiliq edib birtek mend pislik efib.qulagin coldufublar inanib meni usimden etdi hdyatimi mdhv etdi haqqima girdi.w diplomum batdi.ezabla eziyyetle oxuyub is tspib tek Allahdan basqa komek exenim olmadan oz gucume zdhmetine ne qaanmışfım hamdını əlimden zldı.vöresen qizı leylaya bele efib hetatın məhv efen adzma ne ederdi.düsünstemki men tek günahsuz ve düzgün qadın olmagıma ragmən mənə niyə nə ücün bh qeder pislik dtdi.nə sebebe.bu qeder vəzifelerde calışsada qəbuluna getdim mənə nə maddi nə mənəvi kpmək dtməfi.söz verdi sen bəraet aldıgın ücün səni işə bərpa edecem heç ne etmədi.bir qadına bir kişi bu qeder zalimlik edermi.mən qadın olmasatdım əlbətdəkj dtməzdi.deməkki Ramil m gücs mənim kimi tək zərif qadına catırmış.mən haqqımı hallal dtmiyəcəm heç vaxt.
    5 months ago