Ramil Usubovun aksiya iştirakçılarının qarşısına çıxdığı görüntülər   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubovun aksiya iştirakçılarının qarşısına çıxdığı görüntülər - Video

Hadisə

18 İyul 2020 14:15 3626


Xəbər verdiyimiz kimi, iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yenisabah.az xəbər verir ki, həmin gecə hadisə yerinə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da gəlib. R. Usubov yaranmış vəziyyətlə yerində tanış olub.   /Unikal.org

Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!