Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün İsveçrəyə yola düşüb.
Yenisabah.az xəbər verir ki, PFL rəhbəri Ağdam komandası ilə birgə klubun təşkil etdiyi çarter reysi ilə Sürixə yollanıb.
Səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” - “Qarabağ” oyununu canlı izləməkdir. Sezar pizza
Xatırladaq ki, görüş iyulun 27-də keçiriləcək. Komandaların Bakıdakı ilk oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.
Telegram kanalımız