Ramin Quluzadə nekroloq imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ramin Quluzadə nekroloq imzaladı

Sosial

28 Mart 2019 21:40 1174


Martın 21-də İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə bu ölkənin Bakıdakı səfirliyini ziyarət edərək nekroloq imzalayıb.

Bu barədə nazirlikdən “Yeni Sabah”a məlumat verilib.

Nekroloqda deyilir: "Hörmətli cənab Fədhi Avad Cebur əl-Şuvayli, İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Dördpendirli pizza

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət etsin!".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!