Ramiz Mehdiyevdən sonra SENSASİON HƏBSLƏR gözlənilir - Hökumət işçiləri, deputatlar...

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevdən sonra SENSASİON HƏBSLƏR gözlənilir - Hökumət işçiləri, deputatlar...

Kriminal

19 Oktyabr 2025 19:17 2347


Yayılan məlumata görə, Mehdiyevlə bağlı məlumatı Putin verib və orda siyahı var. Çünki Ramiz Mehdiyevin dövlət çevrilişini təkbaşına etməsi mümkün deyil. Siyahı üzrə yaxın zamanlarda sensasion həbslər gözlənilir. Tanınmış şəxslər, əgər onların da xəyanəti varsa və o siyahıda Ramiz Mehdiyevin qurduğu sistemdən xəbərləri varsa, media rəhbərindən, əməkdaşından, politoloqundan tutmuş millət vəkillərinə, Nazirlər Kabineti sistemində işləyən kadrlara qədər, heç birinin gözünün yaşına baxılmayacaq.

Yenisabah.az xəbər verir ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “Mehdiyev işi” ilə bağlı deyib.

“Ramiz Mehdiyevin yaşı imkan versəydi, onun həbsxanaya aparılmasını, qandallanmasını görəcəkdik. Ramiz Mehdiyev kimi şəxs ev dustağı olunursa, onları niyə etməsinlər. Mənim proqnozum budur ki, 3 mərhələli proses baş verəcək və sonuncu da daha maraqlıdır. Biz bir müddət Ukrayna-Rusiya müharibəsindən, Qəzza müharibəsindən diqqətimizi ayırıb, ölkəmizin daxilindəki islahat, sensasion xarakterli proseslərə diqqət yetirəcəyik”, - Arifoğlu bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mais m.
    Sənə bir malades düşüraa...raufçik
    7 months ago