Ramiz Mehdiyevin bankında  400 minlik oğurluq - Kimlər ittiham olunur?

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq - Kimlər ittiham olunur?

Maraqlı Veb saytların hazırlanması

06 Dekabr 2023 19:45 2890


"BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayevin məhkəməsi başlayır. 

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəməuə hazırlıq iclasının vaxtı bəlli olub. İşə dekabrın 14-də hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Oğurluq hadisəsi bu ilin martında baş verib. Aleksey Babayev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu işdə Qrinkeviç Sergey Oleqoviç adlı şəxs də şübhəli şəxs qismində saxlanılıb. Lakin onun adı təqsirləndirilən şəxslərin siyahısında yoxdur. 

Aleksey Babayevdən başqa bu işdə Siarhei Hrynkevich adlı şəxs də təqsirləndirilir. 

"BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir. 

Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır. 

Ramiz Mehdiyev "BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!