Ramzan Kadırov təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov təkzib etdi

Rəsmi

27 May 2020 20:15 1351


Çeçenistan rəhbəri Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "İnstagram"da canlı yayımda bildirib.

Kadırov xəstələnməyinin normal olduğunu diqqətə çatdırıb: “Dünyada milyonlarla insan koronavirusa yoluxur, on minlərlə insan ölür, mən insan deyiləm? Xəstələnməyə haqqım yoxdur? Amma sağlamam”. pizza mizza

O, bayramı evdə qeyd etdiyini bildirib, əlavə edib ki, pandemiya başlayandan Qroznıda mütəmadi müayinələr aparılır.

"İki dəfə kompüter tomoqrafiyası etmişəm, bir neçə dəfə qan və başqa analizlər vermişəm. Çünki daşıyıcı olmaq ehtimalı olan insanlarla təmasdayam. Çalışıram ki, xəstələnməyim. Hər kəs bunu etməlidir”,- o əlavə edib.

Qeyd edək ki, Ramzan Kadırovun koronavirusa yoluxduğu barədə məlumatlar yayılmışdı.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!