Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“

Şou

02 İyul 2022 14:00 3528


"İndiki gənclər sosial şəbəkədə yazışıb evlənirlər. Belə şey olar? Keçmişdə cütlüklər ailə qurarkən nəsil-nəcabətini yoxlayırdılar. Ona görə də boşanmaların sayı çoxalıb. Səbəb də soruşanda eyni sözü deyirlər, xasiyyətimiz tutmadı".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "APA TV"yə müsahibəsində deyib.

O, gənclərin boşanması barədə fikirlərini bildirib: Pepperoni pizza

"O zamanki insanların istəkləri də az idi. Qız gəlin gedəndə bilirdi ki, oğlanın ata-anasına hörmətlə yanaşmalıdır. Bu gün elə deyil, indi aləm biri-birinə qarışıb. Əvvəllər məhəbbət var idi. O məhəbbət ailədəki çatışmazlıqları örtürdü. İndi bəzən hesabla ailə qururlar. Hətta müqavilə də bağlayırlar, ayrılanda 70 faizi sənin olacaq. Elələri var ki, gözünü qırpmadan "4-cü evliliyimdir" deyir. Özü də 4 dəfə təmtəraqlı toy edir. Bu, bizim nəslə çatmır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!