Rasim Məmmədov məhkəmədə son söz dedi

saytların hazırlanması

Evə çatdırılma

Rasim Məmmədov məhkəmədə son söz dedi

Kriminal

26 Dekabr 2022 14:29 1091


"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rasim Məmmədov son söz deyib.

R. Məmmədov son sözündə verilmiş ittihamla əlaqəsi olmadığını deyərək bəraət istəyib. Pepperoni pizza

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəmişdi.

"Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!