Rayonlarda istehlaka yararsız ətlər aşkar olundu

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda istehlaka yararsız ətlər aşkar olundu

Sosial

08 Aprel 2019 22:24 622


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Qax və Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.

"Yeni Sabah" xəbər verir ki, Qax rayonu Güllük kənd sakini Davudov Fərrux Qurban oğluna məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kq olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.  Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilmiş və istifadəyə yararsız olduğu təsdiq olunub.

“Zaqatala rayonu Bazar 2” ASC-də  keçirilən monitorinq zamanı qəssab Qurbanov Elvin Eyvaz oğlunun 84 kq çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb.  Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub. Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub. pizza sifarişi

Hər iki fakt üzrə araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!