Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” hesabında məlumat yayıb.
Partiya sədri seçki yarışmasında iştirakın siyasətçinin başlıca vəzifəsi olduğunu bildirib. O, fevralın 7-də keçiriləcək prezident seçkilərinə qatılmaqdan imtina edən müxalifət liderlərini, xüsusilə AXCP sədri Əli Kərimlinin ünvanına kəskin ittihamlar səsləndirib. pizza
Telegram kanalımız