İspaniyanın “Real Madrid” klubu “Mançester Yunayted”in portuqaliyalı kapitanı Bruno Fernandeşin keçidində maraqlıdır. “Kral klubu”nun 31 yaşlı yarımmüdafiəçinin transferi üçün “qırmızı şeytanlar”la danışıqlar apardığı iddia edilir.
Yenisabah.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim isə Bruno Fernandeşin komandada qalacağını açıqlayıb. 40 yaşlı baş məşqçi mövsümün sonu müqaviləsi bitəcək futbolçulardan Kristian Eriksen, Tom Hayton, Coni Evans və Viktor Lindelöfün klubdan ayrılacağını da təsdiqləyib.
2020-ci ildən bəri “Mançester Yunayted”də çıxış edən Bruno Fernandeş İngiltərə nəhəngi ilə çıxdığı 278 matçda 95 qol və 82 assistlə yadda qalıb. pizza hut
Telegram kanalımız