“Real Madrid”in almaniyalı müdafiəçisi Antonio Rüdiger zədəsi ucbatından mövsümü bağlayıb. 32 yaşlı mərkəz müdafiəçisinin sol dizində əzələ yırtığı aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, Rüdiger təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə mövsüm ərzində heç bir matça çıxa bilməyəcəyi deməkdir.
Bu “kral klubu”nun zədə səbəbindən mövsümü bağlayan 3-cü müdafiəçisidir. Daha öncə Eder Militao və Dani Karvahal da zədələrinə görə mövsümü bitirmişdi. Dominos pizza
Telegram kanalımız