İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid" Luka Modriçi əvəz edə biləcək 18 yaşlı Cuda Bellinqhemlə maraqlanır.
Yenisabah.az "Cadena Ser"ə istinadla xəbər verir ki, o, hazırda "Borussia Dortmund" və İngiltərə millisinin yarımmüdafiəçisidir.
36 yaşlı xorvatiyalı yarımmüdafiəçinin "Kral klubu" ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna kimi hesablanıb. pizza hut
"Real" Bellinqhem üçün 90 milyon avro ödəməyə hazırdır.
İngiltərə Premyer Liqasının aparıcı klubları ingilis futbolçu üçün 100 milyon avro təklif etməyə hazırdır.
Futbolçunun alman klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına kimi qüvvədədir.
Telegram kanalımız