Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan “Real Madrid” matçıda komandasının 2 qolunu vuran Deklan Raysın transfer qiyməti bahalaşıb.
Yenisabah.az xəbər verir ki, 26 yaşlı ingilis yarımmüdafiəçinin qiyməti 90 milyon avrodan 110 milyon avroya yüksəlib.
Bu mövsüm “Arsenal”ın heyətində çıxdığı 43 oyunda 7 qol və 8 assistlə yadda qalan Rays, bir çox komandanın diqqət mərkəzindədir. “Topçular”la 2028-ci ilədək müqaviləsi olan yarımmüdafiəçi komandanın əsas oyun qurucusu hesab olunur. pizza hut
“Arsenal”ın ən bahalı futbolçusu 150 milyon avro ilə Bukayo Sakadır.
Telegram kanalımız