Rəisi və Əliyev Zəngəzur dəhlizindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Rəisi və Əliyev Zəngəzur dəhlizindən danışdı

Siyasət

29 Noyabr 2021 08:15 1339


Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə Zəngəzur dəhlizi haqda müzakirə aparılıb.

“Yeni Sabah” xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. pizza

Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!