Rejissordan Mir Şahinə cavab:   “Film üçün zaman lazımdır“

saytların hazırlanması

Evə çatdırılma

Rejissordan Mir Şahinə cavab: “Film üçün zaman lazımdır“

Mədəniyyət

12 Aprel 2022 15:13 2224


"Qələbəyə şeirlər, romanlar həsr oluna bilər, çünki əlinə qələm alıb yazırsan, amma filmlər üçün zaman lazımdır".

Bunu Yenisabah.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

O, 44 günlük müharibə haqqında bədii sənət əsərlərinin yoxluğu ilə bağlı jurnalist Mirşahin Ağayevin ittihamlarına cavab verib: pizza hut

“Bu mövzuda Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın birgə səyi ilə 10-dan artıq fərdi film çəkilib. Bu filmlər Milli Ordunun qəhrəmanlığı haqqındadır. Ayrı-ayrılıqda kəşfiyyatçılarımız, hava hücumundan müdafiə qüvvələri, rabitəçilər haqda filmlər var. Yəni hər bir bölüm bir hərbi hissənin qəhrəmanlığından bəhs edir.

Bundan başqa, Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” müsabiqəsi elan edib, həmin müsabiqə çərçivəsində 2 sənədli, 2 qısametrajlı bədii film, 2 animasiya filminin çəkilməsi istəndi. İki qısametrajlı bədii filmlərin çəkilişi artıq bitmək üzrədir, hələ premyeraları olmayıb. Amma tammetrajlı bədii filmlər hələ nümayiş olunmayıb, ola bilər ki, bir az geciksin”.

Rejissor qeyd edib ki, tammetrajlı bədii filmlərin hazırlanması zaman tələb edən işdir:

“Bildiyiniz kimi, Vaqif Mustafayevin filmi tamamlanmaq üzrədir. Həmin filmin montajı da başa çatdıqdan sonra nümayiş olunacaq.

Mənə elə gəlir ki, biz Qələbə mövzusunda qısametrajlı filmlərin çoxalmasını tələb edə bilərik, çünki bu, qısa zaman tələb edir, lakin indidən bədii tammetrajlı filmlərin çəkilməsini tələb etmək bir az tələskənlik olar. Bu cür filmlərin çəkilişi bir qədər zaman tələb edir. Bu mövzuda orta mövqedəyəm.

Bir tərəfdən deyilə bilər ki, biz gecikirik, çünki ermənilər bu mövzuda artıq film çəkiblər. Amma digər tərəfdən, sənət adamlarını tələsdirmək olmaz. Qələbəyə şeirlər, romanlar həsr oluna bilər, çünki əlinə qələm alıb yazırsan, amma filmlər üçün zaman lazımdır.

İstənilən halda razıyam ki, bu mövzuya daha ciddi yanaşmaq və operativ iş ortaya qoymaq olardı”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!