Reklamlarla bağlı qanun pozuntusu ən çox harada qeydə alınıb?

Reklamlarla bağlı qanun pozuntusu ən çox harada qeydə alınıb?

Sosial

24 Noyabr 2022 15:53 470


Reklamlarla bağlı qanun pozuntusu ən çox Bakı, Şəki və Sumqayıtda qeydə alınıb

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat yayıb.

Qeyd olunub ki, bu ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4 327 reklamın yayımı dayandırılıb.

Həmin müddətdə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya ümumilikdə 22 827 müraciət daxil olub. Müraciətlərin bəzisində bir neçə reklamın qeydiyyata alınması nəzərdə tutulduğundan ümumulikdə verilən icazə sənədlərinin sayı 95 948-dir.

“Ticarət obyektlərinin daha çox paytaxtda cəmləndiyini nəzərə alsaq, müvafiq olaraq açıq məkan reklamları ilə bağlı ən çox qanun pozuntusu da Bakıda (1 350 reklam) aşkarlanıb. Sıralamada növbəti yerlərdə 1 288 ədəd olmaqla Şəki və 682 ədəd olmaqla Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki ərazilər gəlir. Qanun pozuntuları əsasən icazə sənədləri olmadan açıq məkanda reklam yayımlama ilə bağlıdır”, - deyə ADRA-dan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!