Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ad gününü tələbələrlə birlikdə qeyd edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə universitetin tələbələri paylaşım edib.
Belə ki, BDU-nun yataqxanasından bir tələbənin sözlərinə görə, axşam saatlarında rektor otaqlara baxıb şəraitlə tanış olurmuş: "Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş.... Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarına düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu. Toyuqlu pizza
Rektor özüylə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günü imiş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu".
Telegram kanalımız