Rektordan AMEA-nın iclasında yatan alimlərlə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rektordan AMEA-nın iclasında yatan alimlərlə bağlı AÇIQLAMA

Sosial

26 Fevral 2026 13:19 21240


“Yaşlı alimlərimizə münasibət cəmiyyətin elmə münasibətinin göstəricisidir. Biz onları bir kadrla və ya epizod ilə deyil, ömür boyu gördükləri işlərlə qiymətləndirməliyik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov bildirib.

O qeyd edib ki, təhsil və elm sahəsində müzakirələr mümkündür, lakin hörmət çərçivəsində: “Bu insanlar ölkəmizin intellektual yaddaşıdır”. Toyuqlu pizza

Rektor xatırladıb ki, ötən gün sosial mediada AMEA-nın illik hesabat tədbirindən yayılan bəzi görüntülər geniş müzakirə olundu:

“Eyni gün 95 illik yubileyi münasibətilə ADNSU-nun görkəmli alimi, professor Çingiz Müzəffər oğlu Xəlifəzadəni təbrik etmək şərəfinə nail oldum. Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar geoloqu, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Vyetnam Respublikasının fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadə Azərbaycan geologiya elminin simalarından biridir. Çingiz müəlllimin rəhbərliyi altında son 40 ildə 23 elmlər namizədi və üç elmlər doktoru hazırlamışdır. Həmçinin Yəmən, Misir, Konqo, Mali, Vyetnam və Rusiya üçün 11 elmlər namizədi hazırlayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mansur Asadov
    Cənab Rektor sizin universitetin nailiyyətlərinin birini deyin !!! Neft ölkəsinin ən qürurlu olan Universiteti olaraq sizə sualım var. Hansı nailiyyətlərdən və iftiralardan danışırsiniz ? Neft məhsulları olan nə istehsala çevirdiniz ? Mən sadalayım siz hə olanı deyin Kauçuk,Plastik pəncərə aksessuarları,Avtomobil şinləri,plastik qablar( gündəlik istifadəli),hətta mobil telefon üzlükləri və ekran qoruyucuları,Avtomobillərdə olan plastik aksessuar və ehtiyat hissələri və s. Yazın görək siz birin belə kimə təklif etmisiniz??? Bizə ölkədə istehsalat lazımdır.kompyuterlərdə olan kəşflər bizə gəlir gətirməyib. O alimlər yatmaqla İqtisadiyyat və ya gəlir böyümür!!!!
    3 months ago
  • Mahmud
    Hörmətli rektor. Yəqin dedikləriniz, həqiqətdir, amma bir insan sərf olunacaq həddini bilməlidir. Mən də elm adamıyam. Bizdə də İran, Türkiyə, Laos, Əfqanıstan mənşəli alimlər yetirən alim var idi, bəlkə düzünü deyək necə? İnsan ən əvvəl ə nəfsinin və özünə hörmətin həddini bilməlidir. Qaldı ki, sizin tərifə, onu özünüz bilərsiniz, kiməsə xoş gəlmək, cəmiyyətə xoş gəlmək deyil, vəzifə tələbidir, sipər edirsiniz, öz qəbulunuzdur, bəlkə bəzi ali olan şeyləri də nəzərə alsanız. Mənim imkanım olsa bütün Akademiya və AAK- LƏĞV EFƏRDİM. Pul, rüşvət, elmin ölümü və xalqın məhvi sistemidir.
    3 months ago