Rektorun elmlər doktorluğu da ləğv olunub? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rektorun elmlər doktorluğu da ləğv olunub? - AÇIQLAMA

Sosial

16 Fevral 2026 12:55 11291


Ötən ilin dekabrında Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovun professor elmi dərəcəsi ləğv olunub. Bəs bu qərar onun elmlər doktorluğu və akademiyanın müxbir üzvlüyünün də ləğvinə səbəb ola bilərmi?

“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, komissiyanın Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Prezidentin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib:

“Professor elmi adından məhrum edilmə həmin şəxsin elmlər doktoru elmi dərəcəsinin ləğv edilməsini ehtiva etmir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərinin seçilməsi komissiyanın səlahiyyətlərinə aid deyil”. Marqarita pizza

Xatırladaq ki,  Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!