Rektorun oğluna yeni vəzifə verildi -   Bu sahədə çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

Rektorun oğluna yeni vəzifə verildi - Bu sahədə çalışacaq

Sosial

09 Fevral 2026 13:38 5818


Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bundan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışacaq.

Hüquq üzrə elmlər doktoru olan Mehdi Abdullayev adıçəkilən ali təhsil müəssisəsinin Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri təyin edilib. Pepperoni pizza

Əldə etdiyimiz məlumata görə, M.Abdullayevin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən ayrılması da elmi işlə məşğul olmaq istəyi ilə bağlıdır. O, işdən öz ərizəsi əsasında azad olunub və kafedra müdiri təyin edilib.

Qeyd edək ki, M.Abdullayevin digər valideyni də alimdir. Onun anası akademik Gövhər Baxşəliyeva AMEA-nın Şərqşünaslıq İnstitutunun baş direktoru və AMEA İctimai Elmlər Bölməsinin sədridir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!