“Relax“da karantin qaydaları pozulur: Qəlyan, hovuz... - Video

saytların hazırlanması

Evə çatdırılma

“Relax“da karantin qaydaları pozulur: Qəlyan, hovuz... - Video

Hadisə

05 İyul 2020 19:23 985


Lerik rayon ərazisində “Relax” ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Xəzər” televiziyasının bölgə müxbiri Nizami Rəsulov “Facebook”da paylaşım edib.

O bildirib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub: Dördpendirli pizza

“Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun “Relax” ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!