Rəmişə qaraciyər köçürüləcək   - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəmişə qaraciyər köçürüləcək - Video

Mədəniyyət

13 Yanvar 2021 10:04 1482


Xalq artisti Rafiq Hüseynova (Rəmiş) qaraciyər köçürüləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçinin həkimi Nuru Bayramov məlumat verib. ARB telekanalında yayımlanan  “Elgizlə izlə” proqramına telefonla qoşulan həkim qeyd edib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:

“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək. Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”. pizza mizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!