Rəmişin səhhətindən xəbər var - Xanımından AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rəmişin səhhətindən xəbər var - Xanımından AÇIQLAMA

Mədəniyyət

04 Fevral 2021 13:47 1128


Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova “Xəzər Xəbər”ə açıqlamasında danışıb. Onun sözlərinə görə, musiqiçinin müalicəsi reanimasiya şöbəsində aparılır:

“Xəstəxanaya aparılan zaman Rəmişinin vəziyyəti çox ağır idi. Nə danışa, nə gözünü aça, nə də nəfəs ala bilirdi. Pis gündə idi. Allaha şükür ki, indi səhhəti qaydasına düşüb”. Pepperoni pizza

G. Həsənova Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib:

“Efir vasitəsilə Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmişin xəstəliyinin qarşısı alınır”.

Qeyd edək ki, Rəmiş bir neçə gün əvvəl Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!