Reper İqqi Azaliyanın Səudiyyə Ərəbistandakı konsertində etdiyi hərəkətə görə konsert yarımçıq kəsilib.
Yenisabah.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki konsertində qalmaqallı görüntüləri ilə müzakirələrə səbəb olan reper dünya mətbuatının gündəminə çevrilib. Belə ki, reper səhnədə tverk edərkən paltarı cırılıb.
İqqi şalvarı cırıldığı üçün polisin konsertin davam etməsinə icazə vermədiyini açıqlayıb: Pepperoni pizza
“Konsertdə səhvə yol verən təşkilatçı deyildi, baş verənlərə görə onu qınamaq olmaz. Biz hamımız konsertə davam etmək istəyirdik, lakin şalvarım cırıldığına görə konserim yarımçıq kəsildi, polis buna icazə vermədi”.
Konsertinin yarıda kəsilməsi ilə bağlı paylaşım edən müğənni məyus olduğunu qeyd edib:
“Səudiyyə Ərəbistan və bu gecəki konsertdə olan hər kəs bunu bilin ki, mən sizləri sevirəm! Çox təəssüf edirəm ki, tamaşamı bitirməyə icazə vermədilər. Konsertə gələn hər kəs mənim üçün dəyərlidir”.
Qeyd edək ki, tverk fərdi, adətən qadınlar tərəfindən ifa edilən xüsusi rəqs formasıdır. Bu rəqs növü cinsi baxımdan təhrikedici, cəlbedici xarakterli rəqs növüdür.
Gülxanım Əliyeva
Telegram kanalımız