Rəqsanə İsmayılovaya pul verən şəxs də istintaqa cəlb ediləcək?

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə İsmayılovaya pul verən şəxs də istintaqa cəlb ediləcək?

Şou

22 Avqust 2025 16:34 1469


“Rəqsanə İsmayılova rüşvət alma cinayətində iştirak etmir. Ona qarşı irəli sürülən ittiham Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, yəni “etibardan sui-istifadə etməklə külli miqdarda dələduzluq” əməlidir”.

Bu sözləri “Yeni Sabah”a ictimai vəkil Samir Zeynalov bildirib və əlavə olaraq qeyd edib:

“Bu maddə mülki xarakterli münasibətlərdə aldatma və etibardan sui-istifadə halları ilə bağlıdır. Rüşvət isə yalnız vəzifəli şəxslərin xidməti səlahiyyətlərindən sui-istifadə etməsi və ya bu məqsədlə onlara pul və digər dəyərlərin verilməsi ilə bağlı məsuliyyət doğurur. Buna görə də Rəqsanə İsmayılovanın aldığı pul rüşvət sayılmır və onu verən şəxs də “rüşvət vermə” ittihamı ilə təqsirləndirilə bilməz”. Marqarita pizza

Vəkil vurğulayıb ki, hüquqi baxımdan, rüşvətvermə cinayəti yalnız vəzifəli şəxsə yönəlik olur:

“Şəxs yalnız o halda rüşvətvermədə təqsirli sayılır ki, vəzifəli şəxs ondan heç bir tələb etməsin, amma vətəndaş öz təşəbbüsü ilə xidməti səlahiyyətlərdən istifadə olunması üçün pul və ya başqa fayda təklif etsin. Bu halda söhbət aktiv rüşvətxorluqdan gedir.

Əgər isə vəzifəli şəxs özü xidməti vəzifələrinin icrası, yaxud müəyyən hərəkətlərin edilməsi və ya edilməməsi üçün pul və digər faydalar tələb edirsə və şəxs məcburiyyət qarşısında bunu təqdim edirsə, qanunvericilik həmin şəxsi məsuliyyətdən azad edir”.

Xatırladaq ki, şikayətçi olan Gündüz Məmmədov video müraciət yayıb. 

O,Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdığından danışıb:  

"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Mənə bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamlar vasitəsi ilə qayınatamın problemini həll edəcəklər. Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var". 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!