Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İdman

11 İyun 2025 20:21 636


Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də onlar arasındadır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib. pizza hut

Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025-29-cu illərdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2017-23-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!